Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı yüksək sürətlə idarə etdiyi "Porsche" markalı avtomobillə manevr edərkən nəqliyyat vasitəsi aşıb. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Milli.Az