Cəmiyyət

Azərbaycanda ailə faciəsi: 5 yaşlı qız öldü, 6 yaşlı qardaşın vəziyyəti ağırdı...

24 May 2021 23:45
Baxış: 3 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəran şəhərində yaşayan Qasımovlar ailəsi paxladan zəhərlənib və ev şəraitində özlərini müalicə etməyə səy göstəriblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bir müddət sonra vəziyyəti ağırlaşan ailənin 5 yaşlı üzvü Məryəm Murad qızı Qasımova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünyasını dəyişən qızın 6 yaşlı qardaşı Qasım Qasımov da eyni səbəbdən paytaxt xəstəxanalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.