Cəmiyyət

6 gündən sonra Azərbaycanda karantin bitir - İbrahim Məmmədovdan AÇIQLAMA

24 May 2021 15:14
Baxış: 9 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkədə tətbiq olunan karantinin müddəti 1 iyun tarixində bitir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına görə, ölkədə davam edən karantin rejimi 1 iyuna qədər uzadılmışdı. Nəzərə alsaq ki, artıq may ayının 24-cü günüdür, 3 gündən sonra yenidən qeyri-iş günləri başlayacaq.
Belə ki, 28 May Respublika günü, 29-30 may isə şənbə və bazar günlərinə düşür. Bu baxımdan Nazirlər Kabineti yanında Operativ Qərargahın 28 maya qədər brifinq keçirəcəyi gözlənilir.

Xatırladaq ki, ötən həftə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva açıq havada maska taxmaq məcburiyyətinin ləğv olunması ilə bağlı müzakirələrin aparıldığını açıqlamışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu həftə brifinq keçirib-keçirməyəcəyi ilə bağlı cebhe.info-ya açıqlama verən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov onda belə bir məlumatım olmadığını deyib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış da birinfiqin olub-olmayacağı ilə bağlı məlumatsız olduqlarını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.