Cəmiyyət

Dövlət qulluqçularına aylıq əlavə haqq ödənilməsi qaydası dəyişir

22 May 2021 12:59
Baxış: 1 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğə aylıq əlavə haqq ödəniləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, dövlət qulluqçusuna qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilib və həmin haqq qanunvericiliklə müəyyən edilmiş qaydada artırılıb. Haqqın məbləği isə qanunvericiliklə müəyyən edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.