Cəmiyyət

Bakıda karantini pozan gecə klubu aşkarlandı, 100-dən çox şəxs cərimələndi - VİDEO

22 May 2021 12:11
Baxış: 1 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.

Milli.Az bildirir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Ümumilikdə 100-dən artıq şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.

Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcəkdir.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.