Cəmiyyət

Bakıda Tesla parkında özünü asan gəncin intiharı ilə bağlı TƏFƏRRÜAT

18 May 2021 13:10
Baxış: 3 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda parkdakı Nikola Tesla heykəlinin yanında özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xırdalan şəhərində qeydiyyatda olan 1994-cü il təvəllüdlü M.Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb.

İntihardan saat 11:00 radələrində parka gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Mərhumun narkoloji asılılığının olduğu da deyilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.