Cəmiyyət

NZS qəsəbəsində yolun darlığı hərəkəti çətinləşdirir - VİDEO

18 May 2021 12:46
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın iki böyük prospektini birləşdirən yolun həddindən artıq dar olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Xətai rayonu, "NZS" adlanan qəsəbədən keçən və başlanğıcını Babək prospektindən götürən Oktay Vəliyev küçəsindən gedir.

Yolda dayanacaqlarda avtobuslar üçün xüsusi ciblərin olmaması ərazidə vəziyyəti daha da pisləşdirir.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, küçədə avtonəqliyyat vasitələrinin hərəkət intensivliyi araşdırılmalı və buna uyğun tədbirlər görülməlidir.

Onun fikrincə, müəyyən olunsa ki, həmin küçədə iki hərəkət zolağı avtomobil yükünü götürmür, bu zaman yolun genişləndirilməsi işləri aparılmalıdır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ araşdırıldıqdan sonra açıqlama veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.