10:50
Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.
Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
---------
10:42
Xırdalanda partlayış səsləri eşidilib.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Milli.Az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.
Milli.Az