Cəmiyyət

Qırx ildir tikilib, bəzək kimi 5 minə yaxın çini qabdan və çayniklərdən istifadə olunub - Gəncənin "çaynikli ev"i - FOTO

17 May 2021 21:30
Baxış: 1 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncənin Sadılı qəsəbəsi ətrafında yerləşən "çaynikli ev" öz xarici görünüşü ilə yerli sakinlərin və qonaqların diqqətini cəlb edir.

Milli.Az xəbər verir ki, ev sakinlərindən olan Dürdanə Ələsgərova AZƏRTAC-a bildirib ki, evin keçmiş sahibi 1970-1980-ci illərdə Gəncə Çini Qablar Zavodunda çalışıb. O, istehsal prosesində yararsız məhsullardan istifadə edərək, evin xarici görkəmini çini qablar və rəngli çayniklərlə bəzəyib.

"20 ildən çoxdur ki, bu evdə yaşayırıq. Əvvəllər həm şəhər sakinləri, həm də turistlər bura böyük maraq göstərirdilər. Bəziləri elə bilir ki, ev bütövlükdə çini qablardan inşa edilib. Ancaq elə deyil, ev kərpicdən tikilib, sonra isə bu qablar üzərinə hörülüb," - deyə ev sakini qeyd edib.

"Çaynikli ev"in ərsəyə gəlməsində 5 minə yaxın müxtəlif bəzəkli çini qabdan və çayniklərdən istifadə olunub. Artıq 40 ilə yaxındır ki, inşa edilən qeyri-adi tikilini zaman keçdikcə qoruyub saxlamaq da çətinləşib.

Dürdanə Ələsgərova deyir ki, əllərindən gəldiyi qədər qırılan, tökülən hissələri bərpa etməyə çalışırlar: "Bacardığımız qədər dağılan yerləri yenidən hörür, düzəldirik. Ancaq tam bərpa etməyə imkanımız çatmır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.