Cəmiyyət

Vətən müharibəsi iştirakçısı vəfat edib

16 May 2021 10:47
Baxış: 2 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi iştirakçısı Niyazi Gündüz oğlu İbrahimli vəfat edib.

Milli.Az Report-a istinadən bildirir ki, 1993-cü il təvəllüdlü N.İbrahimli mayın 14-də dünyasını dəyişib.

O, II Qarabağ müharibəsindən sonra bir müddət ürəyindən müalicə olunub. Mayın 14-də N.İbrahimlinin ürəyində yenidən ağrılar yaranıb və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, N.İbrahimli orada vəfat edib.

Qeyd edək ki, N.İbrahimli Vətən müharibəsi başlayan zaman könüllü olaraq ordu sıralarına qatılıb.

Ailəli idi, bir övladı var.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.