Cəmiyyət

Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib - FOTO

15 May 2021 12:54
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər inzibati məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi,eləcə də sürücülərin maarifləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Keçirilən növbəti tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər polislər tərəfindən aşkarlanaraq onlarla izahedici söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol vermiş bir neçə sürücü barəsində inzibati tənbeh tədbirləri görülüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.