Cəmiyyət

Mingəçevirdə dörd küçənin kanalizasiya xətti yoxdur - VİDEO

14 May 2021 13:09
Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 1,2,3,4-cü dalan küçələrinin hələ də kanalizasiya xətləri yoxdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər keçmişdə olduğu kimi həyətlərdə quyu qazıb, çirkab suları ora axıdır.

60-dan çox ailənin yaşadığı 4 küçədə ümumiyyətlə kanalizasiya xətləri yoxdur. Sakinlər məcburiyyətdən çirkli suları həyətlərində qazdıqları quyulara axıtmalı olurlar. Bu isə həm anti-sanitariyadır, həm də küçənin azyaşlı sakinləri üçün təhlükəlidir.

Həyətlərdəki quyulara axan, küçələrdə üfunət qoxan çirkab sularını sakinlər xüsusi avtomobillərlə çəkdirir, ama bu da problemin həllinə kömək olmur. Yağış yağanda isə burada daha da acınacaqlı vəziyyət yaranır.

Heydər Əliyev prospektinin 4 küçəsində yaranan mövcud vəziyyətlə bağlı Mingəçevir Sukanal İdarəsindən bildirildi ki, ərazidə işlərə yaxın vaxtlarda başlanacaq. Həmin 4 küçənin daşıyıcı xətləri çəkiləcək və ana xəttə qoşulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.