Cəmiyyət

Tibb müəssisələrində yoxlamalara başlanılıb

8 May 2021 17:40
Baxış: 843
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AQTA tərəfindən Tibb müəssisələrində yoxlamalara aparılır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə cari ilin aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılıb.

AQTA-dan Milli.Az-a bildirilib ki, aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.