Cəmiyyət

Azərbaycanda 7 min "əlil" fırıldağa güvəndilər - VİDEO

8 May 2021 13:04
Baxış: 1 055
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Saxta yolla əlillik dərəcəsinin alınması kimi neqativ halların qarşısının alınması və üzə çıxarılması üzrə AZ TV-nin "Obyektiv" proqramı araşdırma aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəhbəri Cavid Əbdül-Qədirov AZ TV-nin "Obyektiv" proqramına müsahibəsində bu kimi halların aradan qaldırlıdığını bildirib.

Nazirlik rəsmisi bildirib ki, indiyə kimi 7 min şəxsin saxta yolla əlillik sənədi almaq istəyi üzə çıxarılıb. Müvafiq əlillik sənədi həkim-vətəndaş ünsiyyəti olmadan həll edilir. Vətəndaş tərəfindən  hər hansı bir narazılıq olarsa, vətəndaş nazirliyin müvafiq orqanına müraciət edə bilər. Vətəndaşın narazılığı olarsa, 1923 nömrəinə - çağrı mərkəzinə şikayət edə bilər.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.