Cəmiyyət

Şəhid Gəray Soltanovun övladı dünyaya gəlib - VİDEO

8 May 2021 17:27
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Gəray Soltanovun ikinci övladı dünyaya gəlib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında dünyaya göz açan körpəyə şəhidin vəsiyyətinə uyğun Nuray adı verilib.

Həkimlər həm ana, həm də körpənin vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Vətən müharibəsində könüllü iştirak edən Beyləqan rayon, Dünyamalılar kənd sakini Gəray Soltanov Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən ağır döyüşlərdə böyük qəhrəmanlıq göstərib.

"YAŞAT" Fondu tərəfindən şəhidin övladı ziyarət olunub və onun adına 5000 manatlıq hesab açılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.