Cəmiyyət

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi belə olacaq - Konsepsiya hazırdır

5 May 2021 10:48
Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyası yerli və xarici ekspertlərin iştirakı ilə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.

Milli.Az bildirir ki, bunu Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər. Qeyd olunub ki, muzeyin Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi zamanı nümayiş etdirdiyi əzmkarlıq, rəşadət və peşəkarlığı əbədiləşdirən möhtəşəm kompleks, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq irsi, Qələbə və vətənpərvərlik rəmzi, qazanılmış qələbəni unikal eksponatlarının zənginliyi və müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olması nəzərdə tutulur:

"Hazırlanmış konsepsiya layihəsi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə nəticələnmiş, tarixə qızıl hərflərlə yazılmış möhtəşəm qələbəni hərtərəfli şəkildə nümayiş etdirən müasir mərkəz kimi təşkil olunmasına imkan verəcək".

Əlavə olunub ki, hazırda Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin fondunun zənginləşdirilməsi məqsədilə lazımi materialların toplanılması işi davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.