Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq? - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazaxıstan və Rusiya bəzi neft məhsullarının ixracına bir neçə aylıq qadağa qoyur. Qazaxıstan hökuməti artıq bununla bağlı qərar verib. Rusiyada isə məsələnin müzakirəsi son mərhələdədir. Bəs görəsən sözügedən ölkələrdən Azərbaycana neft məhsulları gətirilirmi və bu cür məhdudiyyətlərin ölkəmizə təsiri olacaqmı? Dövlət neft şirkəti məsələyə aydınlıq gətirib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mayın 9-dan etibarən Qazaxıstan bir sıra neft məhsullarının ixracına altı aylıq məhdudiyyət qoyacaq. Bu qərar daxili bazarda neft məhsulları qıtlığınının qarşısını almaq üçün verilib. Rusiya da benzil və dizel yanacağının ixracına müvəqqəti qadağa qoymaq niyyətindədir və hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Sözügedən məsələnin Azərbaycana mümkün təsirini şərh edən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyir ki, coğrafi baxımdan Rusiya bizə yaxın olduğu üçün bəzi neft məhsulları oradan idxal olunur. Onun sözlərinə görə Rumıniya, İsveçrə, B.Britaniya kimi müxtəlif Avropa ölkələrindən də yanacağı müvəqqəti ala bilirik. Lakin Qazaxıstanın ixracla bağlı qərarının Azərbaycana ciddi təsiri olmayacaq.
İbrahim Əhmədov qeyd edib ki, bu cür məhdudiyyətlərin ölkəyə idxal olunan neft məhsullarının qiymətinə təsiri olmur.
Qurum rəsmisi əlavə edib ki, ölkəmizdə ən çox istifadə edilən A-92 markanlı benzin və dizel yanacağı ölkə daxilində istehsal olunur. Sözügedən məhsulların daxili bazar üçün qiyməti dövlət tərəfindən tənzimlənir, yəni bazardakı dalğalanmadan asılı deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Bazar gününün hava proqnozu açıqlandı
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)





