Cəmiyyət

Hüseynbala Mirələmov tərbiyə ediləcək

27 Aprel 2021 16:50
Baxış: 3 278
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hüseynbala Mirələmovu tənbeh edəcəyik.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev sabiq deputat və AYB üzvü Hüseynbala Mirələmov barədə təşkilatda hansı qərarın veriləcəyi haqda danışarkən deyib.

"Hüseynbala Mirələmovu tənbeh edəcəyik, tərbiyə edəcəyik", - Anar bildirib.

Xatırladaq ki, ötən həftə sabiq deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılmışdı.

Məlum videonun yayılmasından sonra o, üzvü olduğu YAP sıralarından və partiyada tutduğu vəzifədən, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qaz-neft mühəndisliyi fakültəsinin kafedra müdirliyindən çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.