Cəmiyyət

Rəsul Quliyev "zühur" etdi və görün kimin müdafiəsinə qalxdı

27 Aprel 2021 10:24
Baxış: 2 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycanda Nəriman Nərimanovun əleyhinə danışanlar tapılıb. Hətta onun heykəlini sökmək ideyasında bulunanlar vardır. Çox təəssüf edirəm".

Milli.Az "yenisabah"a istinadən xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O bildirib ki, N.Nərimanovun Azərbaycan xalqına, onun dilinə, milli ənənələrinin qorunmasına fövqaladə xidmətlərini görməyənlər yazıq adamlardır. 

"Azərbaycan və başqa respublikaların Stalinin proyekti ilə Sovet İttifaqının tərkibində avtanom respublikalar kimi yox müstəqil dövlətlər kimi daxil olmasında N.Nərimanovun müstəsna rolu var. O dövrdə Azərbaycanın paytaxtı Bakıda rusların sayının azı 7 faiz azərbaycanlılardan çox olmasına baxmayaraq, hökumət aparatlarında işləyən çonovliklərin sayını 60 faizdən yuxarı azərbaycanlı olmasını təşkil edən Nərimanov idi. 

Elə ona görə onu bir millətçi kimi Azərbaycandan uzaqlaşdırdılar. Sonrada Moskvada anlaşılmaz şəkildə həlak oldu. N.Nərimanovun nəinki heykəlini sökmək, əksinə onun tarixi irsini yaratmaq lazımdır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.