Cəmiyyət

Həftəsonu baş verən yol qəzalarında 4 nəfər ölüb

26 Aprel 2021 12:14
Baxış: 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi həftəsonu daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 60 cinayətin üstü "isti izlər"lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.

Axtarışda olduğu üçün ümumilikdə 39 nəfər, o cümlədən borclu qismində olan axtarışda olan 22 nəfər saxlanılaraq adiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.