Cəmiyyət

Murovdağ döyüşlərində böyük şücaət göstərən Şəhid Şirzad Mirzəyev - VİDEO

24 Aprel 2021 17:07
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Şirzad Mirzəyev Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib
Onun da Vətən müharibəsində əldə olunan parlaq, tarixi qələbədə payı var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Göygöl rayonu, Qarabulaq kəndində doğulub-böyüyən Şirzad Mirzəyev Qarabağın azadlığı uğrunda canını fəda etdi.

Ötən il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına qatılandan 4 ay sonra Vətən müharibəsi başladı.

Vətən müharibəsində Şirzad düşmənə qan udduran qəhrəmanlarımızdan olub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.

İndi Şirzad Mirzəyevdən miras qalan müqəddəs şəhid adı doğmaları, bütün el-obası üçün hər zaman qürur verən bir əmanətdir.

Şəhid Şirzad Mirzəyevin torpaqlarımızın azadlığı uğrundakı qəhrəmanlığı yüksək qiymətləndirilib. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Milli.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.