Cəmiyyət

Elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb - Xəbərdarlıq - VİDEO

24 Aprel 2021 14:51
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar elektron ticarətlə bağlı fırıldaqçılıq halları artıb. Azərbaycan Banklar Assosiasiyasından bu barədə açıqlama verilib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Assosiasiyadan bildirilib ki, son dövrlər, xüsusilə pandemiya zamanı nağdsız ödənişlərə tələbat artıdığından bu cür fırıldaqçıların da sayı artıb.

Fırıldaqçılar müxtəlif vasitələrlə kart istifadəçisinin ödəniş kartı məlumatlarını əldə edir və kartdakı vəsaitləri götürürlər.

Azərbaycan Banklar Assosiasiyasının əməkdaşı İlqar Əliyev deyib ki, fırıldaqçılar əksər vaxt bu məlumatları bank adından almağa çalışır. Halbuki bankda istifadəçinin ödəniş kartı barədə məlumatlar var və bank heç vaxt istifadəçidən belə məlumatları istəmir.

İlqar Əliyevin sözlərinə görə, elektron ticarət üçün kartın üzərindəki 16 rəqəmli kod kifayət edir ki, belə ödənişləri həyata keçirəsən. Ancaq digər məlumatların məxfi saxlanması mütləqdir.

Belə fırıldaqçılıq halalrı baş verdikdə isə banka müraciət edilməli və bank həmin kartın istifadəsini məhdudlaşdırmalı və ya bloklamalıdır.

Milli.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.