Cəmiyyət

VHP-nin MSK üzvlüyünə namizədi məlum olub

22 Aprel 2021 12:55
Baxış: 834
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.

VHP Icra Aparatının rəhbəri Samir Əsədli Milli.Az-a bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər.

Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: "Yalnız Almas Əlisultan qızı Qəhrəmanlının VHP-nın MSK üzvlüyünə namizədliyi irəli sürülüb. Yəqin ki, Siyasi Şurada da onun namizədliyi təsdiqlənəcək və sabah partiyanın bu barədə məktubu Milli Məclisə təqdim olunacaq".

Qeyd edək ki, VHP Milli Məclisdə 3 deputat mandatına malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.