Cəmiyyət

Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli və tarixi maraqlarına cavab verir - VİDEO

22 Aprel 2021 12:09
Baxış: 941
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan hazırda 10 noyabr tarixli üçtərəfli bəyənatın icrası ilə məşğuldur. Bəyanatın 9-cu bəndində də məhz Zəngəzur dəhlizindən danışılır. O dəhlizdən ki, yaradılması bizim həm milli, həm tarixi, həm də gələcək maraqlarımıza tam cavab verir. Prezident İlham Əliyevin dünənki müsahibəsində bu məsələyə toxunması isə heç də təsadüfi deyil.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu siyasi şərhçi Zaur Məmmədov deyib.

O bildirib ki, həmin çıxış Ermənistan tərəfinə bir xəbərdarlıq idi.

Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan  arasında nəqliyyat, kommunikasiya  xətlərinin bərpasına təminat verməlidir. Yəni, Zəngəzur dəhlizi bərpa olunmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.