Cəmiyyət

Xroniki xəstəliyi olan insanlar da vaksin vurdurmalıdır - VIDEO

21 Aprel 2021 11:29
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təkcə vaksinasiya olunmuş vətəndaşlarda yox, həmçinin COVID 19-dan sağalmış bəzi insanlarda da xəstəliyə qarşı immunitet, yəni antitel yarana bilər. Lakin bu o demək deyil ki, həmin şəxslər vaksinasiyadan imtina etməlidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu TƏBİB-in işçi qrupunun üzvü, həkim-infeksionist Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, xəstəliyi yüngül və ya ağır keçirməsindən asılı olmayaraq, bəzən xəstələrdə antitel yaranmaya da bilər. Yəni bu məqam vaksinasiyadan imtina üçün səbəb deyil.

Vüsalə Yaşar deyib ki, hər bir vətəndaş vaksin vurdurmadan öncə həkim müayinəsindən keçməlidir. Bunun üçün vaksinasiyanın həyata keçirildiyi bütün tibb məntəqələrində xüsusi otaqlar ayrılıb və ora həkimlər cəlb olunub.

Həkim-infeksionist əlavə edib ki, xroniki xəstəliyi olan insanlar da vaksin vurdurmalıdır. Çünki onlar koronavirusa yoluxsalar xəstəliyi daha ağır keçirirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.