Cəmiyyət

Şərəfli hərbi xidmət - VİDEO

20 Aprel 2021 12:14
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhid Orxan Teymurlunun ailəsi REAL-a danışır

Milli.Az Real TV-ə istinadən bildirir ki, bu dağların qoynundan Vətənin müdafiəsinə yollanıb torpaq olan neçə-neçə qəhrəmandan biri də Orxan Teymurludur.

Orxan 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx bölgəsində - Fərzalı kəndində doğulub.Sumqayıt Dövlət universitetini bitirib.Hərbi xidmətinin bitməsinə 3 gün qalmış müharibə başlayıb.

Top-tüfəng səsiylə böyüyən Şəhidimiz üçün bu heç də qeyri-adi hal deyildi. O, Hadrut, Suqovuşan istiqamətindəki döyüşlərdə şücayət göstərib. Lakin 8 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlər Orxanın son mübarizəsi oldu...

Babası deyir ki, Orxan Birinci Qarabağ döyüşlərindən bu yana müharibələr görmüş kənddə, ailədə böyüdü.

Suqovuşanda, Hadrutda xüsusi qəhrəmanlıqlarıyla seçilən Orxan Teymurlu ölümündən sonra "Vətən Uğrunda"medalı ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.