Cəmiyyət

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

13 Aprel 2021 18:22
Baxış: 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramı aprelin 13-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.