Cəmiyyət

Yoluxanların bu günə olan statistikası

10 Aprel 2021 16:36
Baxış: 7 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2192 yeni yoluxma faktı qeydə alınıb, 1554 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249013 nəfər müalicə olunaraq sağalıb, 3879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir.

Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3005197 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.