Qazinin qapıçısı... - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.
İllər sonra əzəli zədəmə baxmayaraq, futbol oynamaq üçün yenidən forma geyinib meydana çıxdığım üçün YOX!...
Futbol həyəcanını yaşamaq, bir qapıçı kimi yenidən komandanın qala divarlarını qorumaq üçün YOX!...
Rəqiblərimin zərbələrini dəf edərək hər qaytarılan topun sevincini, buraxılan qolların məyusluğundan komanda yoldaşlarımın təsəllisini eşitmək üçün YOX!...
Darıxdığım idmanla məşğul olmaq, uzun fasilədən sonra əlcəklərimdəki tər qoxusunu yenidən duymaq, nəmli biləyimlə alnımdan axan damcıları tez-tələsik silib qapı xəttində baş verən mücadilədə müdafiəçilərə səslənmək üçün də YOX!....
Səbəb də tutarlı və əsaslı idi.
Bu dəfə mən torpaqlarımızın azadlığı uğrunda vuruşmuş qalib, qəhrəman, igid Vətən oğulları ilə futbol oynayırdım. Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyətinin komandası əsl qələbənin dadını çıxarmış, əzəli torpaqlarımızın ilıq nəfəsini yerində duymuş, doğma diyarımızın işığı ilə nurlanmış, -kobud da səslənsə deyəcəm- dığaların meyitlərinin üzərindən inamla addımlayaraq, Şuşayadək gedib çıxmış oğullarla bir meydanda futbol oynamaqdan qürur duyurdu. Bu bahadırları ilk dəfə görsəm də, inanın ki, mənə çox əziz və doğma gəldilər. Onların arasında əsgəri də vardı, giziri də, zabiti də, xüsusi təyinatlısı da...minada ayağını itirəni də...Mənim üçün isə onlar canlı əfsanələr idi...hamısı da Paşam qədər ali rütbəli, həmişəlik borclu qalacağım mənəvi qardaşlarım....
Nə qapını qorumağı düşünürdüm, nə oyunçularımıza səslənirdim, nə də həyəcanla zərbə gözləyirdim. Dünən mən qoruduğum qapıya tərəf inamla irəliləyən qəhrəman döyüşçülərin həmlələrinin canlı şahidi olmaqdan qürur duyurdum... Baxışlarındakı qətiyyət, səslərindəki coşqu, hücumlarındakı əzəmətin 2-3 addımlığında sevimli qardaşlarımın zədəli çiynimə vurulan dəstək jestlərindən, yıxılarkən onlara uzatdığım əlimə toxunan möhkəm qolların gücündən, qardaşlıq dəstəyindən, doğmalıqdan göyün 7-ci qatında idim. Həyatımda ilk dəfəi idi ki, buraxdığım toplardan məyus olmurdum, əksinə onların qol sevincini gödükcə ürəyim açılırdı.
Bəzən bunu özləri də sezirdilər... Axı, onlara rəqib ola bilməzdim... Mən sadəcə həmrəyliyimi nümayiş etdirmək, onlarla ünsiyyətin dadını çıxarmaq üçün futbol oynayırdım...
Minaya düşüb bir ayağını itirən adaşımın vurduğu zərbə isə həyatımda gördüyüm ən gözəl qol idi. Bu qol mübarək qədəmlərlə mənim qapıma vurulmuşdu. Bax buna görə də dünən dünyanın ən xoşbəxt adamı sandım özümü.
Bir tək Şuşa döyüşləri ilə qüdrətlərini bütün dünyaya bəyan edən, hərbi potensialları ilə dünyada hegemon dövlətlərin hərbi dərsliklərində tədris olunan Azərbaycan bahadırlarının hücumunu sizcə mən dəf etmək əzmindəydimmi?....Bunu fani dünyada bacaran kimsə varmı?
Biz sadəcə oynadıq. Çünki sözün əsl mənasında bundan sonra elə oynayan vaxtımızdı...Bundan sonra bizə oynamaq yaraşır, deyib-gülmək, yaşamaq-yaratmaq, igidlərimizi sevdirmək, həmrəy olmaq yaraşır. Bu sevgini, sevinci, qazilərimizə sonsuz eşqimizi övladlarımıza aşılayaraq onların vətənpərvərliyindən qürurlanmaq yaraşır. Övladlarımız demişkən, oğlum eşidəndə ki, atası gedir erməniləri öldürən əmilərlə futbol oynamağa hərbi köynəyini geyinib israrla onu da aparmağımı istədi. Qayıdanda da həmin əmilərin yanında oturduğunu, görüşdüyünü, oyundan sonra çay içdiyini ağız dolusu evdəkilərə danışmaqdan yorulmurdu.
Dünən həyatımın xoşbəxt, qürurlu, unudulmaz günlərindən birini yaşadım.
....Yenə belə oyun olsa mütləq iştirak edəcəm.
Bu dəfə qazi qardaşlarımın qapıçısı olacam!
Elnur Kələntərov
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı





