Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, ilin əvvəlində yanacaq və su tariflərinə dəyişiklik ediləndən sonra işıq pulunun da bahalaşması o qədər də uzaqda deyil. Bildirilir ki, qiymətlərin ikiqat bahalaşması gözlənilir.
Milli.Az sfera.az-a istinadən xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı. Bundan əlavə, şirkətin dövlət büdcəsinə 3 milyon 90 mindən çox vergi borcu yaranıb.
Hesablama Palatasının rəyinə görə, 2021-ci il dövlət büdcəsi layihəsində səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlər üzrə son illərdə ilk dəfə iri dövlət şirkətlərindən (Azərbaycan Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Azərişıq" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti) 46 milyon manat məbləğində dividentlər nəzərdə tutulub. Hesablama Palatası qeyd edir ki, adıçəkilən dövlət şirkətlərinin dövlət zəmanətli kreditlər üzrə öhdəliklərinin bir hissəsinin Təminat Fondundan və dövlət büdcəsindən ödənilməsi, maliyyə təsərrüfat fəaliyyətlərinin zərərlə başa vurulması 2021-ci ildə qeyd olunan mənbədə nəzərdə tutulmuş gəlirlər üzrə risklər formalaşdırır. Bəzi ekspertlərin fikrincə, bütün bunlar elektrik enerjisinin qiymətlərində dəyişiklik edilməsinə gətirib çıxaracaq. Elektrik enerjisinin qiymətlərində dəyişiklik gözlənilirmi? Ümumiyyətlə, qiymətlər artırılmalıdırmı?
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Turan-a bildirilib ki, qurum tariflərin dəyişdirilməsi üçün Tarif Şurasına müraciət etməyib: "Bu, tamamilə əsassız məlumatlardır. Qiymətlərin artırılması ilə bağlı müraciət edilməmişdi". Lakin qurumdan indiki tariflərin qənaətbəxş olub-olmaması ilə bağlı suala cavab verə bilməyəcəklirini qeyd ediblər.
İqtisadçı Natiq Cəfərli isə "Azadlıq" radiosuna bildirib ki, yanvar ayında "Azəriqaz" rəsmi şəkildə tariflərin qaldırılması ilə bağlı Tarif Şurasına müraciət etmişdi: "Lakin benzin və dizel yanacağının qiymətləri artırıldı, təbii qazla bağlı isə məsələ ertələndi. Bu o deməkdir ki, təbii inhisarçılar olan dövlət şirkətləri özlərinin zay idarəetməsindən nəticə çıxarmayaraq, gərəksiz xərclərin azalmasını düşünməyərək ancaq qiymət artımı yolu ilə ziyanla işləməkdən və dövlət büdcəsindən dotasiyaların azalmasından sığortalanmaq istəyirlər".
Ekspert qeyd edib ki, dövlət şirkətlərinə dövlət büdcəsindən dotasiyalar azalıb: "Bu, doğru addımdır. Çünki dövlət inhisarçı şirkətləri büdcəyə yük olmamalıdılar. Amma bunun bədəlini vətəndaşlar ödəməməlidir".
N.Cəfərli hesab edir ki, ilk növbədə həmin şirkətlərdə xərclər azalmalıdır və müxtəlif xərclərin şişirdilməsinin səbəbləri tapılmalıdır: "Çünki çox zaman bu xərclərin şişirdilməsi korrupsiya ehtimalını yaradır". İqtisadçı vurğulayıb ki, kommunal xidmətlərin tarifinin artması ehtimalı həmişə gündəmdə olacaq: "Əgər dövlətdən ayrılan dotasiyaların azaldılması siyasəti yürüdülürsə, əlavə vəsaitlərə ehtiyac yaranır. Belə görünür ki, əlavə vəsaiti xərclərin azaldılması, idarəetmənin optimallaşdırılması yolu ilə əldə etməyi düşünmürlər, bunu ancaq tariflərin artırılması yolu ilə büdcədən alacaqları kompensasiyanın kəsilməsi şəraitində əlavə vəsait əldə etməsini düşünürlər. Ona görə də həm "Azərişıq", həm "Azəriqaz"ın belə bir təkliflə Tarif Şurasına müraciət etməsi heç də təəccüblü görünmür". Ekspertin fiktincə, qiymətlərin artırılmasına ehtiyac yoxdur: "Çünki Azərbaycanda əhaliyə satılan elektrik enerjisinin və qazın qiymətləri vətəndaşların alıcılıq qabiliyyətini və gəlirlilik səviyyəsini, həmçinin qazın və işığın şişirdilmiş dəyərini nəzərə alaraq hətta indiki qiymətlər heç də ucuz deyil. Azərbaycanda insanların alıcılıq qabiliyyətinə görə bu qiymətlər hətta bir az bahadır, çünki qazın və elektrik enerjisinin istehlak həcminə limitlər də qoyulub. Ona görə də tariflərin artırılmasına ehtiyac yoxdur".
Azərbaycanda elektrik enerjisinin son bahalaşması 2016-cı ildə baş verib. 2016-cı ilin iyulun 15-dən Tarif Şurasının qərarı ilə bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Bu qərar enerji təchizatında dayanıqlılığın və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsi, istehsalçının və paylayıcı şəbəkənin maliyyə asılılığının azaldılması və perspektiv inkişafı məqsədilə verildiyi bildirilmişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
XƏBƏR LENTİ
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi





