Onun üçün Vətən anlayışı hər şeydən uca idi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırx dörd gün davam edən Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri də müharibənin odlu-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədovdur.
Hər kəsin bir həyat hekayəsi var. Kimisi öz hekayəsinin qəhrəmanı olur, kimisi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub. O, xeyirxahlığı və vətənpərvərliyi ilə tanınırdı. Təkcə doğmalarının yox, ehtiyacı olan hər kəsin yanında idi. Bu sadə və humanist keyfiyyətlərinə görə çox sevilirdi.
Şəhidin həyat yoldaşı Zəhra Əhmədova deyir ki, ailəsi Vidadi ilə həmişə qürur duyub: "Artıq bütün Azərbaycan xalqı onunla fəxr edir. O, şəhidlik zirvəsinə yüksəlib. Vidadi nə qədər ciddi hərbçi olsa da, bir o qədər də mehriban, qayğıkeş ailə başçısı idi. Övladlarının vətənpərvər olmasını istəyirdi. O, ikinci Qarabağ müharibəsində iştirak etdi və torpaqlarımızın azad olunmasında onun da adı var. Ən böyük arzusu Şuşanın azad olunmağını görmək idi. Özü Şuşaya gedib çıxa bilmədi. Onun döyüş yolu o qədər çəkmədi, amma onun dəftərçəsi hazırda Şuşadadır. Hərbçi olmağı ilə həmişə fəxr edirdi".
Mayor Əhmədov Yasəmən və Gül adlı iki qız övladını vətənpərvər böyüdürdü. Onun üçün Vətən anlayışı hər şeydən uca idi. O, müxtəlif illərdə Ali Hərbi Məktəbdə müəllim, Tərtərdə hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olur. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılır. Vətən müharibəsi başlayanda sevinci yerə-göyə sığmırdı. Qarabağı azad etmək arzusu ilə könüllü zabit kimi cəbhəyə yollanır. Cəbrayıl və Füzulidə düşmənə sarsıdıcı zərbələr vurur. Elə Füzuli istiqamətində gedən ağır döyüşlərin birində sinəsindən aldığı qəlpə yarasından şəhidlik məqamına ucalır.
Şəhidin qardaşı Xəqani Əhmədov bildirir ki, atası hər ikisini hərb sənətinə yönəltmişdi: "İkimiz də hərbçi idik. Vidadi ikinci Qarabağ müharibəsində könüllü olaraq hərbi komissarlığa gedib adını yazdırdı. O qədər vətənpərvər idi ki, əsgərlərindən irəlidə və əsgərlərini qorumaq məqsədilə özünü, canını fəda verdi, Vətən uğrunda həlak oldu".
Şəhidin bacısı Nuranə Hacıyeva vurğulayır ki, Vidadi uşaqlıqdan mərd, qorxmaz, igid idi. "Mən hər zaman onunla fəxr etmişəm. Bu gün də onun şəhidliyi, o zirvəyə yüksəlməsi ilə qürur duyuram", - deyə o qeyd edib.
Mayor Vidadi Əhmədov ölümündən sonra Ali Baş Komandan tərəfindən "Vətən uğrunda" medalı ilə təltif edilib. Salyan şəhərində valideynlərinin məzarı yanında uyuyan şəhid zabit həmişə yad olunur.
Şəhidin qızı Yasəmən Əhmədova atası haqqında danışarkən deyib: "Bizim vətənpərvər vətəndaş olmağımız üçün əlindən gələn hər şeyi edirdi. Düzdür, nə qədər kövrəlsək də onunla fəxr edirik, qürur duyuruq. Prezidentimiz, ordumuz, atam kimi qeyrətli hərbçilərimiz sayəsində indi torpaqlarımız azaddır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!".
Bəli, məhz Vidadi Əhmədov kimi qəhrəman şəhidlərimizin sayəsində bu gün böyük qürur hissi ilə deyə bilirik, Qarabağ Azərbaycandır. İndi Qarabağımızda xarı bülbüllər açır, qaranquşlar, bülbüllər cəh-cəh vurur. Yurdlarından didərgin düşən azərbaycanlılar tezliklə o torpaqlara qayıdacaqlar. Bütün bunlara görə Vidadi kimi qəhrəmanlara borcluyuq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
XƏBƏR LENTİ
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı
-
Azərbaycan nefti bahalaşdı
-
Bakıda restoranda yanğın olub
-
Kriştianu Ronaldu dəyişib belə oldu - (Foto)
-
Qızılca sürətlə yayılır: Nyu-Yorkda fövqəladə vəziyyət
-
“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)
-
Dünya bazarında neft bahalaşdı
-
Bakıda ev və torpaqlar bahalaşdı - Ən çox qiymət hansı rayonda artıb?
-
Paytaxtın 19 küçəsində tıxac var
-
Millətlər Liqası: Fransa Belçikanı darmadağın etdi, Türkiyə yenə məğlub oldu





