Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi deməkdir? - Agentlikdən açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əlilliyə görə müddətin bitməsi əlilliyin ləğvi demək deyil. Əlillik yalnız geridönməz hallar, amputasiya, sağalması mümkün olmayan ağır xəstəliklər və s. olduğu hallarda müddətsiz, yəni ömürlük verilir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.
Qeyd edilib ki, digər hallarda isə əlillik müddətli təyin edilir. Müddətli əlillik təyin edilmiş şəxslərə təyin olunmuş əlilliyin müddəti onlara təqdim edilmiş müvafiq sənədlərdə göstərilir.
Bəzən bu sənədlərlə diqqətlə tanış olmayan, əlillik müddətinə nəzər salmayan şəxslər məlumatsız olduqlarından əlilliyə görə aylıq sosial ödənişlər (pensiya, müavinət, təqaüd) dayandıqda bunu əlilliklərinin ləğv olunması kimi qəbul edirlər. Halbuki həmin sosial ödənişin dayanması əlillik müddətinin bitdiyini göstərir və əlilliyin ləğvi demək deyil. Əlillik müddəti bitən şəxslər qanunvericiliyə müvafiq olaraq səhiyyə müəssisələrinə müraciət edərək müayinə olunmalı və əlillik müddətinin uzadılmasına dair göndəriş (Forma-88) səhiyyə müəssisələri tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin e-sisteminə daxil edilməlidir.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılmışdır. Bu qərar çox sayda şəxsi əhatə etmiş və onların əlillik müddəti 2021-ci ildə bitir. Ona görə də əlillik müddəti cari ildə bitən şəxslər əlilliyə dair sənədlərinə diqqətlə yanaşmalı və əillik müddətinin bitməsinə bir müddət qalmış yuxarıda qeyd olunan qaydada səhiyyə müəssisələrinə müraciət edərək əlillik müddətinin uzadılmasına dair göndərişin (Forma-88) tərtib edilməsi üçün müayinələrdən keçməlidirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sağdan ötməyə hansı hallarda icazə verilir?
-
Rəqsanə oğlu ilə hovuz kənarından videosunu yaydı
-
Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır
-
Xaçmaz heyvan bazarı yaxın günlərdə fəaliyyətə başlayacaq
-
Vaqif Nəbiyev vəfat etdi
-
“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək
-
Şəbnəm Tovuzludan onunla şəkil çəkdirmək istəyən kişiyə sərt reaksiya - (Video)
-
Bakıda kişi zivədən asılmış şalvarı belə oğurladı - (Video)
-
Temperatur 38 dərəcəyə qalxacaq - Proqnoz
-
Quzu əti bahalaşıb: Qiymətlər 25 manata çatır
-
Şuşanın sədası, Ağ Evin əks-sədası
-
Erlinq Haaland sevgilisi ilə görüntüləndi – Gözəlliyi müzakirə yaratdı - (Video)
-
Heydər Əliyev Mərkəzinin binası Slovakiya bayrağının rəngləri ilə işıqlandırılıb
-
Samir Şərifov sədr təyin edildi
-
İsrail parlamenti fəaliyyətini dayandırdı
-
Bazarlarda yeni qayda: Açıq məhsullar etiketlənəcək - (Foto)
-
Xalq şairi reanimasiyadadır
-
Əməliyyatdan sonra Kəmalə Günəşlinin səhhətində problem yarandı: "Boğuluram" - (Video)
-
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - (Video)





