Cəmiyyət

''Çəkilin, Bəşir gəlir'' meyxanasındakı məşhur Bəşir kimdir? - VİDEO - FOTO

29 Mart 2021 15:34
Baxış: 4 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər sosial şəbəkələrdə əməlli-başlı məşhurlaşan ''Ay çəkilin, Bəşir gəlir'' meyxanasının kimə həsr edildiyi məlum olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu meyxananın müəllifi mərhum Vüqar Biləcərilidir. Haqqında danışılan isə Lənkəran şəhərinin Cil kəndində doğulan Bəşir Lənkəranlıdır.

El məclislərinin birində mərhum meyxanaçı Vüqar Biləcərili Bəşir Lənkəranlını deyişməyə çağırır. Bəşir bu zaman gecikdiyinə görə, Vüqar Biləcərili onu çağırmaq üçün

''Ay çəkilin, Bəşir gəlir,qulağıma hay-həşir gəlir'' deyə qafiyə ilə meyxanaya başlayır.

Bundan sonra məclisdə iştirak edən digər meyxanaçılar Rəşad Dağlı, Rüfət Dağlı, Pünhan,Rüfət Lənkəranlı qafiyəni davam etdirirlər. Bir neçə dəqiqədən sonra Bəşir məclis əhlinin içindən gəlib çıxaraq söz ustadlarına qoşulur. Elə həmin məclisdən sonra məşhur ''Ay çəkilin, Bəşir gəlir'' meyxanası yaranmıış olur.

Həmin məşhur meyxananın orjinal versiyasını təqdim edirik:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.