Cəmiyyət

Sumqayıtda kişi intihara cəhd edib

29 Mart 2021 09:54
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda 34 yaşlı kişi intihara cəhd edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən yataqxanada baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü S.Qurbanov yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. Hadisə barədə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTYX) müraciət daxil olub.

Şəxsin vəziyyəti ağır olduğundan onu paytaxtdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

Xatırladaq ki, bu gecə Sumqayıtın 17-ci mikrorayonu, ev 45-də intihar hadisəsi qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü K.Misirli yaşadığı doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.