Astaranın Sım kəndinə mediatur təşkil edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib.
Milli.Az xəbər verir ki, mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb.
Qeyd olunub ki, regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür. Bu istiqamətdə Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir.
Belə ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planına əsasən Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir.
Bildirilib ki, "Turistik kənd" layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir.
Qeyd olunub ki, layihə çərçivəsində Dövlət Turizm Agentliyi tərəfindən Sım kəndinin turizm potensialının qiymətləndirilməsi aparılaraq kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.
Həmçinin kənddə aqroturizmin inkişaf etdirilməsi və təşviqi məqsədilə həyata keçirilən layihələr haqqında məlumat verilib.
Bildirilib ki, Sım kəndində aqroturizm və kənddə ənənəvi arıçılıq təsərrüfatının inkişaf etdirilməsi, nümunəvi arıçılıq təsərrüfatının yaradılması və turizmə inteqrasiya olunması üzrə, eləcə də Sım kəndində turizm infrastrukturunun və icma iştirakçılığının inkişafı üzrə DTA-nın dəstəyi ilə həyata keçirilən layihələr kəndin turizm potensialının genişləndirilməsinə xidmət edir.
Məlumat verilib ki, kənd yerlərində məşğulluğun artırılması məqsədilə Dövlət Turizm Agentliyi ilə müvafiq dövlət qurumlarının əməkdaşlığı çərçivəsində indiyədək həyata keçirilən layihələr üzrə qonaqlama xidməti göstərən kənd evləri müvafiq avadanlıqlarla təmin edilib, yerli sakinlər üçün qonaqlama, aqroturizm və bələdçilik üzrə təlimlər təşkil edilib, yerli bələdçilər hazırlanıb.
Qeyd edək ki, DTA-nın təşəbbüsü ilə turizm şirkətləri və blogerlər üçün cənub bölgəsinə, o cümlədən Sım kəndinə mütəmadi olaraq infoturlar təşkil edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi





