Cəmiyyət

Cəlilabadda Heydər Əliyev Fondu tərəfindən inşa olunan məktəb binası istifadəyə verilib - FOTO

3 Oktyabr 2025 16:41
Baxış: 340
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cəlilabad rayonunun Göytəpə şəhərində yeni məktəb binası istifadəyə verilib. Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəb üçün yeni binanın inşasına Heydər Əliyev Fondu tərəfindən 2024-cü ilin oktyabr ayında başlanılmışdı.

Milli.Az xəbər verir ki, qısa müddətdə tikinti işləri başa çatdırılıb, müasir tələblərə cavab verən təhsil ocağı inşa olunub.

Üç mərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion - idman meydançası fəaliyyət göstərəcək.

Məktəb binası zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.