Cəmiyyət

Pensiya alanlara ŞAD XƏBƏR

19 Mart 2021 21:21
Baxış: 5 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.