Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli işöaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilanda olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, Pakdemirli ilə azərbaycanlı həmkarı İnam Kərimov Cəbrayılda yem bitkilərinin toxumunu, Zəngilanda "Qardaşlıq bağı" adlanan 5 hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarını əkiblər.
Milli.Az