Türkiyəli nazir Zəngilanda ağac əkdi - FOTO

18 Mart 2021 19:25

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli işöaldan azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilanda olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, Pakdemirli ilə azərbaycanlı həmkarı İnam Kərimov Cəbrayılda yem bitkilərinin toxumunu, Zəngilanda "Qardaşlıq bağı" adlanan 5  hektarlıq ərazidə isə Türkiyədən gətirilən meyvə ağaclarını əkiblər.

Milli.Az