Cəmiyyət

Azərbaycanda hər il 800 kilometrədək kənd yolları yenidən qurulur

18 Mart 2021 14:08
Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər il Azərbaycanda 600-800 km uzunluğunda kənd yolları yenidən qurulur.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov "Caspian Energy Club"ın təşkil etdiyi "Online Round Table"da iştirakı zamanı bildirib.

Onun sözlərinə görə, bu, birbaşa kənd təsərrüfatının inkişafına və məhsulların iri bazarlara tez zamanda çatdırılmasına kömək edir: "Qeyd edim ki, ərazilərin işğaldan azad edilməsindən sonra respublika paytaxtını ölkə sərhədləri ilə birləşdirən magistral yollar artıq Ermənistan sərhədinə kimi uzadılacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.