Cəmiyyət

Paytaxt məktəblərində 196 “Sağlam təhsil” sinfi təşkil edilib

18 Mart 2021 13:35
Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsi çərçivəsində 39 ümumi təhsil müəssisəsində 170 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a verilən məlumata görə, paytaxtdakı 20 məktəbdə 26 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqinə başlanılıb.

Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərir ki, sağlam təhsil texnologiyaları təhsilalanların fiziki-psixoloji inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.