Cəmiyyət

"Bayramda yoluxma arta bilər" - VİDEO

18 Mart 2021 13:57
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Karantin tədbirləri yumşaldıqca insanların bir-birilə təması artır və məsafə qaydalarına riayət olunmur. Bu da yoluxmaların sayında artımın yaranmasına səbəb olur.

Milli.Az bildirir ki, bunu REAL TV-yə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, xüsusən RNT tərkibli viruslarda təmas və səthi təmas vasitəsilə infeksiyanın intensivliyi artır.

Müşfiq Məmmədlinin sözlərinə görə, bayram günlərində insanların bir-birilə sıx təmasda olması da xəstəliyin artmasına səbəb ola bilər.

Deyilən qaydalara əməl etmək hər bir kəsin səhhəti üçün vacib şərtdir. Əks halda bayramı sağlam canla qarşılamaq sadəcə istək olaraq qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.