Cəmiyyət

Pənahəli xanın qəbir daşı hələ də qorunur - Tarix Muzeyində hansı əşyalar var? - VİDEO

18 Mart 2021 13:41
Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Azərbaycan Tarixi Muzeyində çoxsaylı tarixi əşyalar və materiallar sərgilənir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, muzeydə qorunub-saxlanılan dəyərli eksponatlar həm də dövlətçiliyimizin əzəmətindən xəbər verir. Burada Azərbaycanın bütün dövrlərinə aid materiallar qorunur. Lakin onlardan bəziləri var ki, həm dövlətçilik tariximiz, həm də bu günümüz üçün xüsusi əhəmiyyət kəsb edir.

Bəzi eksponatların Milli Azərbaycan Tarixi Muzeyinə gəlib çatmasının maraqlı tarixçəsi var...

Xanlıqların süqutu zamanı rus ordusu tərəfindən hərbi qənimət kimi götürülən əşyalar Cümhuriyyət dövrünə qədər Tbilisidə açılan Hərbi Qafqaz Tarixi Muzeyində saxlanıb. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra isə həmin eksponatlar dövlət tərəfindən tələb olunub və aid olduğu yerə - Vətənə qaytarılıb.

Muzeyin direktor müavini Sevinc Vahabova mövzu ilə bağlı danışıb və qarşıdakı planlar barədə məlumat verib.   

Milli.Az xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.