Bakı şəhərinin Yasamal rayonunda "Renault" və "Daewoo" markalı iki minik avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Renault" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az