Cəmiyyət

Regionda bananı ən baha qiymətə biz yeyirik - QİYMƏTLƏR

17 Mart 2021 11:39
Baxış: 1 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yola saldığımız 2020-ci ildə Azərbaycana xarici ölkələrdən ümumi dəyəri 38 milyon 752 min dollar olan qurudulmuş və təzə halda 54 min 339,6 ton banan gətirilib.

Milli.Az Yeniavaza istinadən bildirir ki, aparılan hesablamalar göstərir ki, ötən il idxal olunan bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 20 qəpik (71 sent) təşkil edib.

Bu ilin yanvar ayında isə xarici ölkələrdən ümumi dəyəri 3 milyon 313,7 min dollar olan qurudulmuş və təzə halda 4 min 650,6 ton banan gətirilib. Ötən ildə olduğu kimi bu ilin yanvar ayında da xaricdən gətirilən bananın 1 kiloqramının gömrük dəyəri 1 manat 20 qəpik (71 sent) olub.

Məlumat üçün qeyd edək ki, hazırda marketlərdə banan gömrük dəyərindən təxminən 2 dəfə baha satılır. Belə ki, marketlərdə satılan bananın 1 kiloqramının orta qiyməti 2 manat 40 qəpik (1,41 dollar) təşkil edir.

Onu da bildirək ki, bananın qiyməti qonşu Gürcüstan və Ermənistandan bahadır. Yeniavaz.com-un açıq internet resurslara istinadən apardığı müqayisə göstərir ki, Gürcüstanda bananın 1 kilorqamı 1,18 dollara, Ermənistanda isə 1,25 dollara satılır.

Region ölkələrində bananın orta qiyməti aşağıdakı kimi olub:

Azərbaycan - 1,41 dollar
Qazaxıstan -1,38
Türkiyə - 1,33 dollar
Ermənistan - 1,25 dollar
Gürcüstan - 1,16 dollar
İran - 1,15 dollar
Belarus - 1,15 dollar
Rusiya -  1,10 dollar

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.