Cəmiyyət

Qəbələdə mühafizə bəndləri tikilir - VİDEO

16 Mart 2021 11:39
Baxış: 1 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2021-ci ildə yeni suvarma kanalları inşa ediləcək.

Milli.Az Real TV-ə istinadən bildirir ki, Qəbələ rayonundan axıb keçən dağ çaylarında mühafizə bəndləri tikilir, suvarılmanın intensivliyini artırmaq üçün yeni suvarma kanalları inşa edilir.

Qəbələ Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyətlərindən biri Qəbələ rayon inzibati ərazilərinin və kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel sularından mühafizəsini təşkil etməkdir. 2021-ci ildə rayonda bu məqsədlə Qəbələnin ən gur sulu və sel təhlükəsi törədən, xüsusilə rayonun şəhər mərkəzinə və eyni zamanda rayonun Zarağan, Aydınqışlaq, Sultan və Nuxa kəndlərinə sel təlükəsi törədən Dəmiraparan çayında 100 paqonometr əsaslı bənd, eyni zamanda 165 paqonometr dövlət investisiyası hesabına əsaslı bənd vurulub.

Bundan əlavə Qəbələ rayonunun digər çaylarında da məcra təmizləmə işləri aparılıb. Daha 120 paqonometr əsaslı bənd vurulması da planlaşdırılır.

Yaşayış məntəqələrinin sel sularından mühafizəsi ilə yanaşı Qəbələ suvarma sistemləri idarəsinin əsas ana fəaliyyət sahəsi Qəbələdə kənd təsərrüfatı ilə məşğul olan fərdi fermer təsərrüfatlarının suvarma suyu ilə təmin edilməsindən ibarətdir.

Bu məqsədlə Qəbələ suvarma sistemləri idarəsi 970 km-dən ibarət olan kanal və arxlardan qurulmuş böyük bir suvarma şəbəkəsi ilə 11300-dən artıq fermer təsərrüfatına xidmət edir. Hər il olduğu kimi bu il də ilin başlanğıcından etibarən 2021-ci il üçün kənd təsərrüfatı bitkilərinin suvarılmasını daha yaxşı təmin etmək məqsədi ilə kanal və arxlarda lildən təmizləmə işlərinə başlanılıb. 2021-ci ildə daha 834.000 kub kanal və arxlarda lildən təmizlənmə işləri aparılacaq.

Qeyd edək ki, rayon ərazisində 972. 5 km uzunluqda suvarma şəbəkəsi mövcuddur. Əsas su mənbələri Dəmiraparan çay, Vəndam çay, Həmzəlli, Bum, Tikanlı, Qara çay və qara sularıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.