Cəmiyyət

Bu gün hava şəraiti kəskinləşəcək - RƏSMİ

11 Mart 2021 23:42
Baxış: 3 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gözlənildiyi kimi, ölkə ərazisində yağıntılar davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a bildirilib ki, martın 11-i saat 21:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Qəbələ,  Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabran, Şahdağ, Xınalıqda qar, Naxçıvan, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Zaqatala, İsmayıllı, Xaçmaz, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Neftçala, Yardımlı, Lənkəran, Astara, Ağsu, Şabran, Sumqayıt, Bakı, Maştağa, Neft Daşları, Pirallahı, Çilov adası, Binədə yağış yağıb.

Şimal-şərq küləyi əsib, Neftçalada 20 m/s, Biləsuvar, Hacıqabulda 18 m/s -dək güclənib.

Bu gün isə hava şəraiti bir qədər kəskinləşəcək, yağıntılar sulu qar və qar şəklində müşahidə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.