Cəmiyyət

ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO

10 Mart 2021 18:25
Baxış: 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10 mart tarixində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyarto Əməkdaşlıq müqaviləsi imzalayıblar.

Universitetdən Milli.Az-a bildirilib ki, müqavilə çərçivəsində ADA Universiteti ilə Macarıstanın Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu Anlaşma ilə ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.

Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin və layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ADA Universiteti bu ilin 5 mart tarixində onlayn formatda Belçika Krallığının "EPHEC" Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.

ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma Memorandumları imzalayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.