Cəmiyyət

Bir məktəb də koronavirusa görə bağlandı

10 Mart 2021 16:44
Baxış: 1 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə daha bir orta məktəb koronavirusa görə bağlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, 26 nömrəli məktəb lisey kompleksində çalışan 2 müəllim və bir şagirdin COVİD-19 infeksiyasına yoluxmaları təsdiq olunub. Bu gündən etibarən məktəbdə dərslərin 14 gün ərzində distant formada keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ötən gün şəhərin Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbi koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Məktəbin 1 müəllimi, 2 texniki işçisi və 1 şagirdinin COVİD testləri pozitiv çıxıb. Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, iki həftə əvvəl şəhərin 37 nömrəli tam orta məktəbinin 761 şagirdi də  koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə əyani təhsil bərpa edilib. Şagirdlər pandemiyya qaydalarına uyğun olaraq ənənəvi dərslərə cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.