Cəmiyyət

İsrailli həkimlər səkkiz gün ərzində 141 qazimizi müayinə ediblər, 58 nəfərə protez göz taxılıb

9 Mart 2021 21:56
Baxış: 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"YAŞAT" Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb.

Bu barədə "YAŞAT" fondu məlumat yayıb.

Bildirilib ki, səkkiz gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.

Qeyd edək ki, "YAŞAT" Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.

Səkkiz nəfərlik həkim heyəti Vətən Müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.